25 yaşlı qız hovuzda üzərkən boğulub öldü- Sumqayıtda

12:38 - 28 İyul 2016 - HADİSƏ

Sumqayıt şəhərində bədbəxt hadisə baş verib. Dünən saat 18 radələrində şəhərdəki idman komplekslərinin birinin üzgüçülük hovuzunda 1991-ci il təvəllüdlü Oqtaybəyli Ülkər Elxan qızı üzərkən boğulub. Ona tibbi yardım göstərməyə çalışsalar da, artıq gec olub.İlkin ehtimala görə, faciəyə 25 yaşlı qızın ayağında yaranmış qıcolma səbəb olub.
Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda araşdırma aparılır.lent.az

Xəbər xətti