Millət vəkili Şirvanda yaralılara baş çəkdi

17:02 - 27 İyul 2016 - ÖLKƏ İÇİ

Şirvan şəhərində hərbi zavoda baş vermiş partlayışdan sonra Şirvanın deputatı Rafael Cəbrayılov hadisə yerində olub. Ucnoqta.az-ın məlumatına görə, qəzadan 2 saat sonra Şirvanda hadisə yerində olan deputat Rafael Cəbraylov hadisə ilə yaxından maraqlınıb. Bu gün isə ölənlərin dəfn və yas mərasimlərində iştirak edib, yaralılara baş çəkib, onların vəziyyəti ilə maraqlanıb. 

Qeyd edək ki, bəzi saytlar Rafael Cəbrayılovun Şirvandakı hadisəyə laqeyd yanaşması barədə xəbər yaysalar da, əldə etdiyimiz məlumata görə, millət vəkili dünən günorta saatlarından Şirvandadır və hazırda da vəziyyətlə tez-tez maraqlanır.

 

Elməddin

Xəbər xətti