Ana səhifə
22 Sentyabr 2018

“Burulğan” bədii filminin treyleri təqdim olundu

Dünən Beynəlxalq Mətbuat Mərkəzində ENES.F productionun növbəti layihəsi olan “Burulğan” filminin treyleri mətbuat nümayəndələrinə təqdim olundu. Bildirildi ki, sözügedən film öz ssenarisi və süjet xətti ilə digər filmlərdən seçilir. Belə ki, film özündə müharibə, döyüş, sevgi və intiqam kimi süjet xətlərini birləşdirir.
Mətbuat konfransında filmin rejissoru və ssenari müəllifi Sevinc Səfərova bildirdi ki, film çəkilişi zamanı çox yüksək texnika və kameralardan istifadə olunacaq və filmin müəyyən hissəsi xaricdə  lentə alınacaq. Keyfiyyət və professionallığın  əsas məqsədləri olacağını qeyd edən rejissor xalq olaraq mübarizəni təkcə silahla aparılmasının əleyhinə olduğunu da xüsusi vurğuladı: “Azərbaycan xalqı olaraq mübarizəni təkcə silahla döyüşərək  deyil eyni zamanda, mədəniyyətimiz, musiqimiz, idmanımız, filmlərimizlə aparmalıyıq.  “Burulğan” bədii filminin ssenarisi də elə bu məqsədlə qələmə alınıb. Bədii filminin ssenarisi daxilində müharibənin günahsız körpələrə, qadınlara, qocalara bir sözlə, insanlığa verdiyi fəsadları göstərmək və Azərbaycan xalqının dinlərə hörmətlə yanaşan tolerant bir xalq olduğunu vurğulamaq, dinindən, irqindən asılı olmayaraq, azad sevgini, öz mədəniyyətimizi və Azərbaycan xalqının mərdliyini geniş şəkildə dünyaya göstərərək, səsimizi film vasitəsi ilə dünyaya duyurmağı qarşımıza məqsəd qoymuşuq”.

 Filmin digər ssenari müəllifi olan Ruslan Nadir mətbuata açıqlamasında bu layihənin ölkəmizə böyük uğurlar gətirəcəyindən danışdı. Bildirdi ki, film sentyabrın sonlarına yaxın tamaşaçılara təqdim olunacaq.    
Filmdə əsas rolları Amin Əliyev, Cavanşir Hadıyev, Hacıbaba Məmmədov, ukraynalı aktrisa Nataliya Nikitina və digər aktyorlar canlandıracaqlar.  
Filmin baş rollardan birinin  ifaçısı Hacıbaba Məmmədov çıxışında bildirdi ki, filmin çəkilməsində əsas məqsəd  bayrağımızın və ölkəmizin qüdrətini, modern Azərbaycanı dünyaya tanıtmaqdır. Onun çıxışından aydın oldu ki, filmin çəkilməsində əsas məqsəd bütün dünyaya lazım olan mesajları məhz bu film vasitəsi ilə çatdıraraq həm də Azərbaycanın film mədəniyyətini göstərməkdən ibarətdir.  

Məlumat üçün bildirdək ki, filmin rejissoru Sevinc  Səfərova Nyu York film Akademiyasında təhsil alıb. Bir neçə filmlərin müəllifidir. 

 

Tarix
27 İyul 2016 [14:09]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin