Sabaha olan hava məlumatı- Yağış yağacaq, şimşək çaxacaq

13:41 - 27 İyul 2016 - ÖLKƏ İÇİ

İyulun 28-də Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, şimşək çaxacağı ehtimalı var.Bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Mülayim şimal-qərb küləyi gündüz arabir güclənəcək.
Abşeron yarımadasında havanın temperaturu gecə 21-24, gündüz 25-30, Bakıda gecə 22-24, gündüz 27-29 dərəcə isti olacağı gözlənilir.
Sabah rayonlarda bəzi yerlərdə şimşək çaxacaq, arabir yağış yağacaq. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 18-23, gündüz 26-31, dağlarda gecə 10-14, gündüz 17-22 dərəcə isti olacağı gözlənilir.

Xəbər xətti