Hacıqabulda və Xırdalanda ev yanıb

14:25 - 26 İyul 2016 - HADİSƏ

Hacıqabul şəhərində ev yanıb. Lent.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, ikimərtəbəli yaşayış binasının ikinci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 40 kvadrat metr olan 2 otaqlı mənzilin mətbəx və dəhlizinin yanar konstruksiyaları 20 kvadrat metr sahədə və binanın dam örtüyü 40 kvadrat metr sahədə yanıb. Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 09:13-də söndürülüb.
Oxşar hadisə Abşeron rayonu, Xırdalan şəhərində də baş verib. Vətəndaşa məxsus ümumi sahəsi 100 kvadrat metr olan birmərtəbəli 3 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları və mətbəxdə olan ev əşyaları 15 kvadrat metr sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 09:40-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Xəbər xətti