Ana səhifə
15 Oktyabr 2018

27 qəzetə maliyyə yardımı ayrıldı - SİYAHI

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) Müşahidə Şurasının xüsusi iclası keçirilib.
KİVDF-dən verilən məlumata görə, iclasda prezidentin "Azərbaycan Respublikasında nəşr olunan qəzetlərə birdəfəlik maliyyə yardımı ayrılması haqqında" sərəncamına əsasən qəzetlərə birdəfəlik maliyyə yardımının ayrılması müzakirə olunub. Uzun illər ərzində sabit fəaliyyət göstərərək ictimaiyyət arasında nüfuz qazanmış, yüksək tirajı və dövriyyəsi olan, Azərbaycan qanunvericiliyinə və Jurnalistlərin Peşə Davranışı Qaydalarına ardıcıl şəkildə riayət edən gündəlik ictimai-siyasi qəzetlərə birdəfəlik maliyyə yardımının ayrılması barədə qərar qəbul edilib.
Xatırladaq ki, prezident İlham Əliyev Azərbaycan Respublikasında nəşr olunan qəzetlərə birdəfəlik maliyyə yardımı ayrılması haqqında sərəncam imzalayıb. Sərəncama əsasən ölkədə nəşr olunan qəzetlərə birdəfəlik maliyyə yardımı göstərmək üçün 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna 1 milyon manat ayrılıb.
Maliyyə yardımı ayrılmış qəzetlərin siyahısı:

 

Nəşrin adı

Ayrılmış məbləğ

1.

"Azərbaycan” qəzeti

40.000 AZN

2.

"Bakinski raboçi” qəzeti

40.000 AZN

3.

"Bakı Xəbər” qəzeti

40.000 AZN

4.

"525-ci qəzet”

40.000 AZN

5.

"Ekspress” qəzeti

40.000 AZN

6.

"Ədalət” qəzeti

40.000 AZN

7.

"Xalq qəzeti”

40.000 AZN

8.

"İki sahil” qəzeti

40.000 AZN

9.

"Kaspi” qəzeti

40.000 AZN

10.

"Kaspiy” qəzeti

40.000 AZN

11.

"Mövqe” qəzeti

40.000 AZN

12.

"Olaylar” qəzeti

40.000 AZN

13.

"Palitra” qəzeti

40.000 AZN

14.

"Respublika” qəzeti

40.000 AZN

15.

"Səs” qəzeti

40.000 AZN

16.

"Şərq” qəzeti

40.000 AZN

17.

"Şərq qapısı” qəzeti

40.000 AZN

18.

"Yeni Azərbaycan” qəzeti

40.000 AZN

19.

"Yeni Müsavat” qəzeti

40.000 AZN

20.

"Azad Azərbaycan” qəzeti

30.000 AZN

21.

"Bizim yol” qəzeti

30.000 AZN

22.

"Exo” qəzeti

30.000 AZN

23.

"Həftə içi” qəzeti

30.000 AZN

24.

"Xalq Cəbhəsi” qəzeti

30.000 AZN

25.

"Novoye vremya” qəzeti

30.000 AZN

26.

"Paralel” qəzeti

30.000 AZN

27.

"Üç nöqtə” qəzeti

30.000 AZN

 
Tarix
25 İyul 2016 [18:52]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin