Bakıda baş verən yol qəzasında üç qardaş yaralanıb

16:44 - 25 İyul 2016 - HADİSƏ

Bakının Nəsimi rayonunda yol-nəqliyyat hadisəsi baş verib. A.Mustafayev küçəsi ev 241 ünvanda 1954-cü il təvəllüdlü Fəyaz Bədəlovun idarə etdiyi KİA və 1978-ci il təvəllüdlü Mehman Sadıqovun idarə etdiyi idarə etdiyi “KAMaz” markalı avtomobillər toqquşub.Hadisə nəticəsində F.Bədəlov, sərnişinləri 1953-cü il təvəllüdlü Fazil və 1961-ci il təvəllüdlü Əfraz Bədəlovlar xəsarət alıblar. Onlar Azərbaycan Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna yerləşdiriliblər.Faktla bağlı istintaq aparılır.
Qeyd edək ki, hər üç yaralı qardaşdır.report

Xəbər xətti