Bakıda iki nəfər qarpızdan zəhərlənib öldü

12:28 - 25 İyul 2016 - HADİSƏ

Bakı sakini qidadan zəhərlənərək ölüb. Lent.az-ın məlumatına görə, iyulun 23-də paytaxtın Nizami rayonu ərazisində yaşayan 57 yaşlı Marina Nəcmuddinova qidadan (qarpız) zəhərlənmə ilə xəstəxanaya aparılarkən yolda ölüb.Bundan başqa iyulun 24-də Binəqədi rayonu ərazisində yaşayan azyaşlı Adil Həşimov qidadan (qarpız) zəhərlənmə ilə xəstəxanaya gətirilib. Həkimlərin səyinə baxmayaraq, azyaşlı ölüb.
Hər iki faktla bağlı araşdırma aparılır.

Xəbər xətti