Xətaidə ağır qəza

11:20 - 25 İyul 2016 - HADİSƏ

Xətai rayonunda ağır yol qəzası baş verib.Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Xətai rayonunda “Mercedes” markalı minik avtomobilin qəzaya uğraması barədə məlumat daxil olub.
Dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunaraq avtomobildə sıxılmış vəziyyətdə qalmış sürücünü çıxarıb və aidiyyatı üzrə təhvil veriblər.Əməliyyat saat 08:16-da başa çatıb.

Xəbər xətti