Ana səhifə
22 Oktyabr 2018

Bakıda məktəb yandı (FOTO)

Bu gün səhər saat 09:51-də Bakının Səbail rayonunda orta məktəbdə güclü yanğın baş verib. 

Ucnoqta.azxəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən ANS PRESS-ə verilən məlumaat görə, 20-ci sahə qəsəbəsində Ömər Faiq Nemanzadə küçəsində yerləşən 51 saylı tam orta məktəbdə əvvəlcə tüstüləmə, sonra isə yanğın olub.

Hadisə yerinə 10-a yaxın yanğınsöndürən maşın və çox sayda canlı qüvvə cəlb olunub. Nazirliyin xilasediciləri məktəbdə 40 nəfəri təxliyyə edib. Xilasedicilərin səyi nəticəsində xəsarət alan olmayıb.

Yanğınsöndürənlər alovun qarşısını alıblar. Araşdırmalar zamanı məlum olub ki, yanğın məktəbin elektrik şitlərində qısaqapanma səbəbindən yaranıb.

Hadisənin dəqiq səbəbləri aparılacaq ekspertizadan sonra məlum olacaq.
 

Tarix
6 Noyabr 2014 [10:44]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin