Dənizdə batan bir nəfər xilas edilib

16:03 - 22 İyul 2016 - HADİSƏ

Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinə Bakı şəhəri, Qaradağ rayonunda bir nəfərin dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub. Fövqəladə Hallar Nazirliyinin saytında verilmiş məlumata görə, dərhal Xidmətin xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşı sudan çıxarıb və aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 14:36-da başa çatıb. 

Xəbər xətti