Daşkəsəndə azyaşlı atdan yıxılaraq öldü

13:43 - 22 İyul 2016 - HADİSƏ

İyulun 21-də Daşkəsən rayonunun Xoşbulaq kəndində bədbəxt hadisə baş verib. Daxili İşlər Nazirliyinin saytında verilmiş məlumata görə, rayonda yaşayan azyaşlı Elçin Rzayev həyətlərində at minərkən yıxılıb. Xəstəxanaya yerləşdirilən E.Rzayev orada dünyasını dəyişib. Araşdırma aparılır.

Xəbər xətti