Daşkəsəndə 62 yaşlı kişi meyiti tapılıb

13:42 - 21 İyul 2016 - HADİSƏ

Samux rayon sakininin meyiti Daşkəsəndə tapılıb. Apa-nın məlumatına görə, Samux rayon sakini, 1954-cü il təvəllüdlü Məhəmməd İbrahimov Daşkəsən rayonu, Kəmərqaya kəndi ərazisində dərədə aşkar edilib. Hazırda meyitin müayinəsi həyata keçirilir.
Faktla bağlı Daşkəsən Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Xəbər xətti