Ana səhifə
21 Noyabr 2018

Deputat: “Yaqlandın bu fikirləri heç bir məntiqə sığımır” – MÖVQE

“Azərbaycan Avropa Şurasının üzvüdür və üzərinə götürdüyü öhdəlikləri yerinə yetirir.

 

 

Mən Avropa Şurasının baş katibinin  Azərbaycanla bağlı belə bir fikirlərinə çox təəssüf edirəm. Azərbaycana qarşı yanaşmada ikili standartlar həyata keçirilir”. Bu sözləri Milli Məclisin deputatı, Avronest PA-nın Enerji Təhlükəsizliyi Komitəsinin həmsədri Fuad Muradov  Avropa Şurasının baş katibi Torbörn Yaqlandın Britaniyanın «The Guardian» qəzetində Azərbaycanda insan haqlarının vəziyyətinə dair tənqidi məqaləsini şərh edərkən bildirib. “Avqopa Şurası öncə Azərbaycan hökumətinə təklif edir ki, İşçi Qrup Yaradılsın. Qrup fəaliyyətə keçəndən sonra Azərbaycanla bağlı belə açıqlamalar verir. Bu mövqe Azərbaycana qarşı təzyiq vasitəsidir və belə mövqe nümayiş etdirmək heç bir məntiqə sığmır. Cənab Yaqland yaxşı bilməlidir ki, Azərbaycanla təzyiq dili ilə danışmaq qəbul olunmazdır”.

 

F.Muradov qeyd edib ki,  digər ölkələrdə olan çox ciddi problemlərə göz yumulduğu halda Azərbaycana qarşı belə münasibət ortaya qoyulması suallar doğurur. “Əgər Azərbaycanla bağlı məsələlər gündəmə gətirmək istəyirlərsə, o zaman işğal altında olan topraqlarımızın məsələsini qabartsınlar, qaçqın və məcburi köçkünlərimizin pozulan hüquqlarının müdafiə məsələlərini gündəmə gətirsinlər”.

 

Emin

Tarix
5 Noyabr 2014 [18:49]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin