Türkiyədə daha bir general saxlanılıb

14:41 - 20 İyul 2016 - DÜNYA

 Türkiyədə Fətullahçı terror təşkilatının (FETÖ) dövlət çevrilişi cəhdi ilə bağlı aparılan istintaq çərçivəsində daha bir general saxlanılıb. "Report"un Türkiyə KİV-inə istinadən verdiyi məlumata görə, saxlanılan şəxs İstanbulda qızının toyunda Türkiyə Hərbi Hava Qüvvələrinin komandanı, ordu generalı Abidin Ünalla birlikdə qiyamçılar tərəfindən helikopterlə qaçırılan və daha sonra sərbəst qalan ordu generalı Mehmet Şanverdir. 
Türkiyəli komandan Eskişehir Baş Prokurorluğunun göstərişi ilə saxlanılıb. Onun Eskişehir Şəhər Polis İdarəsində istintaqının davam etdiyi bildirilir. 

Xəbər xətti