Ana səhifə
25 Sentyabr 2018

İranlı parlamentari Azərbaycan-İran ticarət dövriyyəsindən razı deyil

İranın xarici siyasətində qonşu ölkələrlə əlaqələrin inkişaf etdirilməsi proritet məsələlərdəndir. Azərbaycanın isə qonşu ölkələr arasında özünəməxsus və önəmli yeri var.

 

 

Ucnoqta.az xəbər verir ki, bu sözləri Trend-ə İran parlamentinin Milli təhlükəsizlik və xarici siyasət komissiyasının üzvü Cavad Cahangirzadə Prezident Həsən Ruhaninin Azərbaycana gələcək səfərini şərh edərkən deyib.

C.Cahangirzadə bildirib ki, İran və Azərbaycan dost və qardaş ölkələrdir və hər iki ölkənin xalqlarını bir-birinə dərin tarixi, mədəni və dini köklər bağlayır: “Bu dərin bağların olması və ölkə prezidentlərinin dostluq münasibəti Azərbaycan və İran arasında əlaqələrin inkişaf etdirilməsi üçün zəmin yaradır”.

Onun sözlərinə görə, Azərbaycan və İran arasında hazırda ticarət əlaqələrinin səviyyəsi qənaətbəxş deyil: “İki ölkə arasında ticarət dövriyyəsi 500 milyon dollardır. Bu rəqəm iki qardaş ölkənin şəninə uyğun deyil və bir neçə dəfə artırılmalıdır”.

Komissiya üzvü deyib ki, Azərbaycan və İran arasında iqtisadi əlaqələrin inkişafı üçün geniş potensial var: “Hər iki ölkə neft, qaz, enerji, ticarət və sənaye sahələrində əməkdaşlığı genişləndirməlidir. İranda istehsal olunan məhsulların Azərbaycanda və Azərbaycanda istehsal olunan malların İranda satışı üçün əlverişli şərait yaradılmalıdır”.

C.Cahangirzadə qeyd edib ki, Azərbaycan və İran prezidentlərinin münasibətlərin yaxşılaşmasına baxışları müsbətdir və bu özü iki ölkə arasında əlaqələrin inkişafı üçün zəmin yaradacaq.

Qeyd edək ki, İran Prezidenti Həsən Ruhaninin noyabr ayının ortalarında Azərbaycana səfəri gözlənilir.

 

Tarix
5 Noyabr 2014 [18:47]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin