Ana səhifə
17 Noyabr 2018

Davudoğlunun müşavirindən gözlənilən SƏRSƏMLİK

Hasan Oktay: “Etyen Avropa Birliyinin layihəsi olduğuna görə onun söylədiklərinə əhəmiyyət vermək lazım deyil”

 

Qabil Hüseynli: “Etyen kimiləri bu gün Azərbaycanı ittiham etməklə, Türkiyənin qarşısında da problemlər yarada bilər”

 

Zahir Oruc: ”Azərbaycansız belə Türkiyə ilə Ermənistan arasında düşmənçiliyin böyük tarixi olub”


Türkiyə baş nazirinin müşaviri Etyen Mahçupyan müşavir vəzifəsində ilk siyasi açıqlamasında Türkiyə ilə Ermənistan arasındakı münasibətlərin normallaşması istiqamətində olan proseslərdə Azərbaycanı yeganə "maneə" sayıb. Mahçupyan Türkiyə ilə Ermənistan arasındakı münasibətlərin, daha doğrusu, münasibətsizliyin "baiskarı" kimi Azərbaycanı göstərib. Onun məntiqinə görə, Qarabağ məsələsi və Azərbaycan nefti olmasaydı, Ankara-Yerevan münasibətləri sürətlə normallaşardı. E.Mahçupyan bilərəkdən, qəsdən qondarma "erməni soyqırımı" məsələsini, ermənilərin Türkiyəyə qarşı ərazi iddialarını, rəsmi Yerevanın yürütdüyü və tək Türkiyəyə yox, ümumiyyətlə, türklərə nifrət üzərində aşılanan siyasətini görməzliyə vurur. Sanki bütün bunlar yoxmuş - olan sadəcə, "Türkiyəni neftlə ələ alan Azərbaycandır".
 

E.Mahçupyan CNN Türk-ə verdiyi müsabihəsində deyib ki, Ermənistan prezidenti Serj Sarqsyan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı aprelin 24-də Ermənistana rəsmi səfərə dəvət edib. Aprelin 24-də dövlət başçımızın Ermənistana yollanması çox mühüm siyasi jest olardı. Bu jestlər olarsa, Türkiyə ilə Ermənistan arasında münasibətlərdə dönüş yaranar.Amma Etyen belə ehtimalları görmədiyini və bu il erməni tərəfinin daha sərt mövqe tutacağını deyib.
 

Ekspertlər bu bəyanatların arxasında normal düşüncənin dayanmadığını, bunun iki türk dövləti arasında münasibətlərin pozulmasına yönəldiyini qeyd edirlər.

 

Türkiyə Qafqaz Araşdırmaları Mərkəzinin rəhbəri Hasan Oktay müşavirin müsahibəsinə münasibət bildirərkən dediki, Etyen Avropa Birliyinin layihəsi olduğuna görə onun söylədiklərinə çox da əhəmiyyət vermək lazım deyil. O, hesab edir ki, məsələ ermənilərlə türklər arasında deyil, dünya türkçülüyünü hədəfə alan imperialist güçlərin arasında cərəyan edir. “İmperialist güçlər ermənilər, yunanlardan məqsədləri üçün istifadə edirlər. Dünya türkçülüyünü hədəfə alan bu güclərin də əsas hədəfi Türkiyə ilə Azərbaycanın arasını vurmaqdır. Azərbaycan və Türkiyə bunu yaxşı araşdırmalı və gələn təhlükələri görməlidir. Nə Azərbaycan, nə də Türkiyə bu oyuna alət olmamalı, bu oyunda bir-birilərinə qarşı dayanmamalıdrlar. Bu gün Türkiyə və Azərbaycan imperialist dünyanın alət kimi istifadə etdiyi erməni məsələsində dünyanı təəccübləndirəcək həmlələr etməlidirlər”.
H.Oktay dedi ki, Qarabağ təkcə erməni Azərbaycan məsələsi deyil, həm də Rus -Türk məsələsidir. “Etyen bunu yaxşı bilir. Amma bu məsələdə imperiya güçlərinin “maşası” olaraq aranı qarışdırır. Həmçinin də problem neft məsələsi yox, Türk Dünyasının birliyi məsələsidir. Türkiyə 2015 –ci ili sağlam adladıqdan sonra Ermənistanla bağlı məsələlərə yeni strateji yanaşmalar edəcək. Buna qədər “imperiya oyunu” özünü daha kəskin şəkildə göstərəcək. Amma bütün hallarda Türkiyə bu oyunu pozmaq gücündədir. Yetər ki, Türkiyə ilə Azərbaycanın arası dəyməsin. Diqqətli olmalıyıq. Bu gün Azərbaycanla Türkiyə arasında mühüm bir məqsəd olmalıdır. O da hər nə olursa olsun, Azərbaycanın bölgədə super güçə çevrilməsinin təmin edilməsidir”.

 


Politoloq Qabil Hüseynli

 

 

Politoloq Qabil Hüseynli bildirdi ki, hansı tərbiyəni almasından və hansı vəzifə tutmağından asılı olmayaraq Etyen şovenist erməni olaraq qalır.
 

“Çünki özləri də yaxşı bilirlər ki, Azərbaycana olan bu münasibət torpaqlarımızın işğalı, 1 milyondan artıq insanın öz evindən didərgin salınması, Azərbaycana vurulan 360 milyard dollarlıq maddi zərər, Ermənistanın danışıqlar masası arxasında özünü qeyri -konstruktiv aparması ilə bağlıdır. Əgər Etyen bunu başa düşmürsə, deməli onun həmin vəzifəyə qoyulması Türkiyənin uğursuzluğudur. Bu adam dəyişməyəcək və o erməni şovenist siyasətini bundan sonra da yerinə yetirəcək. Zənnimcə, çıxış yolu Etyen Mahçupyanın vəzifəsindən uzaqlaşdırılmasıdır. Ürəyi doludursa, qoy gedib radikal qəzetlərin birində Azərbaycan əleyhinə nə istəyir yazsın”.
 

 

Politoloq hesab edir ki, Etyen kimiləri bu gün Azərbaycanı heç nədən ittiham etməklə, Türkiyənin qarşısında da problemlər yarada bilər. Onun sözlərinə görə, işğalçı ölkənin nümayəndəsi olan bu siyasətçi “erməni soyqırımı” məsələsini, Türkiyəyə olan torpaq iddialarını da dilə gətirəcək. Görünür ki, erməni ilk zərbələrini vurur, sonuncu zərbələr isə daha sarsıdıcı olacaq. Türkiyə başa düşməlidir ki, ürəyi Yerevanla döyünən bu insanı belə bir vəzifəyə gətirmək olmaz”.

Millət vəkili Zahid Oruc

 

 

Millət vəkili Zahid Oruc isə bildirdi ki, Türkiyə baş nazirinin erməni müşaviri tərəfindən belə fikirlərin səslənməsi təəccüblü deyil. Onun sözlərinə görə, erməni harada olmasından asılı olmayraq öz “erməniliyini” qoruyub saxlayır və mahiyyətcə özünü erməni dövlətinin təmsilçisi kimi təqdim edir. Millət vəkili dedi ki, E.Mahçupyanın təyinatı ilə bağlı ilk yanaşmalarında Türkiyə hökumətinin bu hesablamalarını doğru hesab etsər də, ortaya başqa reallıqlar çıxdı.
“Biz hesab edirdik ki, türk cəmiyyətinin daxili həyatını bilən, onun maraqlarını görən şəxslər, yaxud hər hansı etnik dairələr, həmçinin ermənilər aldıqları vəzifələrdən dolayı bu ölkənin inkişafı üçün çalışacaqlar. Çünki əgər ABŞ bu gün ən müxtəlif qitələrdən ora getmiş insanların vətənidirsə, eləcə də Türkiyənin çoxmillətli bir ölkə olaraq “bütün siyasi idarəetmə orqanlarının əsas təmsilçiləri yalnız türklər olmalıdır “ kimi norması yoxdur. Etyen Mahçupyan bu təyinatından elə şəkildə yararlana bilərdi ki, həqiqətən də erməni maraqlarına xidmət edə bilərdi. İlk açıqlamalar isə bütün bunların illüziya olduğunu göstərdi”.
 

Z.Oruc bildirdi ki, Azərbaycan indiyə qədərki dövrdə Türkiyə ilə Ermənistanın hər hansı yaxınlaşmasına maneə yaratmayıb.“Biz yalnız bir neçə məsələdə özümüzün prinsipial mövqeyimizi ortaya qoymuşuq. Türkiyənin Azərbaycansız da Ermənistanla aralarında yaranan düşmənçiliyin böyük tarixi olub. Bəzən bizi türklərin maraqalarını daha öndə tutmaqda ittiham edirlər. Amma bu da həqiqətdir ki, dövlət rəhbərimizdən sıravi insana qədər Türkiyənin maraqları üçün güzəştsiz bir mövqe seçir. Ona görə də ölkəmizi nədəsə qınamaq, Qarabağ məsələsini Türkiyə və Ermənistan arasında “nifaq alması” kimi təqdim eləmək yanlışdır. Tarixin mühüm dönəmində dəyişməli olan ermənilərdir”.
 

 

Millət vəkili bildirdi ki, yəqin ki, Türkiyənin məhsul siyasi şəxsləri bu fonda Etyendən izhat alacaqlar. Çünki onun hazırki dönəmdəki fəaliyyətinə pozuculuq işləri ilə məşğul olmaq yazılmayıb”.

 

 

Tahirə Qafarlı

Tarix
5 Noyabr 2014 [18:21]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin