Ana səhifə
20 Sentyabr 2018

Braziliya və Azərbaycan arasında Fəaliyyət Planı imzalandı

Bu gün gənclər və idman naziri Azad Rəhimov Braziliyanın idman naziri Aldo Rebelonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

 

 

Hər iki ölkənin naziri bir sıra mövzular ətrafında müzakirələr apararaq,  tərəflər arasında qarşılıqlı əməkdaşlığın vacibliyindən söz açıblar. Azad Rəhimov bildirib ki, Bakıda keçirilən Humanitar Forumda, Gənclər Siyasəti üzrə I  Qlobal Forumunda və digər beynəlxalq layihələrdə braziliyalı gənclər çox aktiv iştirak edib və onlarla səmərəli görüşlər keçirilib: «Azərbaycan bir sıra beynəlxalq layihələrə ev sahibliyi edən ölkədir. İstər idman, istərsə də gənclər sahəsində Braziliyalı gəncələri görmək bizim üçün xoşdur.”

 

Nazir eyni zamanda Braziliya ilə sıx əməkdaşlığa daim hazır olduğumuzu,  bu münasibətlərin  gələcəkdə daha da inkişaf etdirilməsi üçün  geniş imkanların olduğunu diqqətə çatdırdı. Braziliya Federativ Rüspublikasının idman naziri Aldo Rebelo  Bakıda olmaqdan məmnunluq hissini dilə gətirib, bu şəhərin qədim ənənələrə malik olduğunu bildirdi.

 

Aldo Rebelo isə bildirib ki, Azərbaycan idman sahəsində çox inkişaf etmiş bir ölkədir: «Son zamanlar Azərbaycanda dünya miqyasında idman yarışlarının təşkil edilməsi bu ölkənin dünyada idman sahəsində tutduğu yüksək mövqeyini göstərir. Biz idman sahəsində Azərbaycanla əməkdaşlıq etməkdə daim maraqlıyıq. Bildiyiniz kimi Braziliya 2016-cı ildə Yay Olimpiya oyunlarına ev sahibliyi edəcək. Azərbaycanın da ilk dəfə Avropa oyunlarına ev sahibliyi etdiyini nəzərə alsaq, demək ki, bizim maraqlı təcrübə mübadiləmiz ola bilər».

 

Braziliyalı nazir eyni zamanda gələcəkdə hər iki ölkə arasında müxtəlif sahələrdə birgə tədbirlərin keçirilə biləcəyini də diqqətə çatdırdı.

 

Müzakirələrdən sonra hər iki ölkənin naziri ikitərəfli əməkdaşlıq haqqında fəaliyyət planı imzaladı.

 

 

Emin

Tarix
5 Noyabr 2014 [23:58]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin