Ana səhifə
21 Noyabr 2018

Rubl gündən-günə ölür

Rusiyada ABŞ dollarının dəyəri rekord həddə çatıb. 

 

 

Ucnoqta.az xəbər verir ki, apa-nın Moskva müxbirinin verdiyi xəbərə görə, bu gün paytaxt birjasında 1 dollar 1,86 rubl bahalaşaraq 44,41 rubla, avro isə 1,94 rubl bahalaşaraq 55,61 rubla bərabər olub. 

Rusiya Mərkəzi Bankı bu günədək rublun dollara nisbətdə möhkəmlənməsi üçün hər gün 350 mln. dollar xərclədiyini açıqlayıb. 2014-cü ilin əvvəlindən bu məqsədlə 70 mlrd. dollar xərclənib. Mərkəzi Bankın son bir ayda dolların bahalaşmasının qarşısını almaq üçün xərclədiyi vəsait isə 25 mlrd. dolları keçib. 

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin dolların bahalaşmasını dayandırmaq üçün ölkənin valyuta ehtiyatlarını tükətmək niyyətində olmadıqlarını bəyan edib. Bu üzdən də Rusiya Mərkəzi Bankı gələn ildən etibarən rublun məzənnəsinin sərbəst buraxılması üçün fəaliyyətini davam etdirir. Yəni 2015-ci ildən rubl dollara nisbətdə dəyərini bazarda özü tənzimləyəcək. 

Rublun sürətlə ucuzlaşmasının səbəbi Rusiya iqtisadiyyatının əsasını təşkil edən neft və təbii qaz qiymətlərinin dünya bazarında aşağı düşməsidir. Hazırda birjalarda "Brent" markalı neftin 1 bareli 83 dollara satılır. Neftin barelinin 1 dollar ucuzlaşması Rusiya iqtisadiyyatına gün ərzində 1 mlrd. dollardan çox zərər vurur. 

 

Tarix
5 Noyabr 2014 [18:01]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin