Fransa Prezidenti Təhlükəsizlik Şurasının iclasını keçirir

11:51 - 15 İyul 2016 - DÜNYA

Fransa Prezidenti Fransua Olland Nitsadakı terror aktından sonra bu gün səhər saatlarında Təhlükəsizlik Şurasının dar tərkibdə iclasını keçirir.Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, görüş yerli vaxtla səhər saat 09:00-da başlayıb.İclasın yekunu üzrə F.Ollandın Nitsaya yollanacağı gözlənilir.
Qeyd edək ki, bu gecə Nitsa şəhərində terror aktı törədilib. Yük maşını kütlənin üstünə sürülüb, sonra naməlum şəxslər avtomobildən enərək insanlara atəş açıblar.Ölənlərin sayı 84 nəfərə çatıb.

Xəbər xətti