Ana səhifə
21 Sentyabr 2018

Heydər Əsədov Lora Takla görüşüb

Dünya Bankının Avropa və Mərkəzi Asiya üzrə vitse-prezidenti Lora Tak  Azərbaycan Respublikasında işgüzar səfərdədir. Səfərin məqsədi ölkə rəhbərliyi, yüksək səviyyəli hökumət rəsmiləri, tərəfdaşlar, biznes dairələri və vətəndaş cəmiyyəti ilə ölkənin davamlı iqtisadi artım və diversifikasiyası, həmçinin insan kapitalının inkişaf etdirilməsinin dəstəklənməsi sahəsində Dünya Bankının fəaliyyətinin mümkün istiqamətləri barədə müzakirələr, ölkəmizdə son illər əldə edilən uğurlar və gələcəkdə görüləcək işlər ətrafında fikir mübadilələri, bir sıra beynəlxalq layihələrin həyata keçirilməsi yönündə işgüzar söhbətlər aparmaq olmuşdur.

 

 

Ucnoqta.az xəbər verir ki, Nazirlikdən verilən məlumata görə, bu gün kənd təsərrüfatı naziri Heydər Əsədov Dünya Bankının Avropa və Mərkəzi Asiya regionu üzrə vitse-prezidenti xanım Lora Takın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür. Görüşdə Azərbaycanda Dünya Bankı tərəfindən həyata keçirilən layihələrin movcud vəziyyəti və gələcək əməkdaşlığın perspektivləri müzakirə olunmuşdur.

Qonağı səmimi salamlayan Nazir Heydər Əsədov ölkə başçısının aqrar sahəyə göstərdiyi diqqət və qayğı nəticəsində kənd təsərrüfatında  böyük nailiyyətlər əldə edildiyini və bu uğurların qazanılmasında Dünya Bankı tərəfindən həyata keçirilən layihələrin rolunu xüsusilə vurğulamışdır.

Görüşdə Dünya Bankı  ilə imzalanmış “Kənd təsərrüfatında rəqabət qabiliyyətinin gücləndirilməsi”, “II kənd investisiya layihəsinə əlavə vəsaitin ayrılması” layihələri müzakirə edilmiş və gələcək əməkdaşlığın daha da genişləndirilməsi üçün perspektiv imkanlar müzakirə edilmişdir.

Dünya Bankının Avropa və Mərkəzi Asiya regionu üzrə vitse-prezidenti xanım Lora Tak səmimi görüşə görə təşəkkürünü bildirmiş, son illərdə aqrar sahədə həyata keçirilən tədbirlər, dövlət başçısı tərəfindən imzalanmış Fərman və Sərəncamların Dünya Bankı tərəfindən yüksək qiymətləndirildiyini və aqrar sahənin inkişafında mühüm rol oynadığını bildirmişdir.

Sonra kənd təsərrüfatı naziri Heydər Əsədov və Dünya Bankının Avropa və Mərkəzi Asiya regionu üzrə vitse-prezidenti xanım Lora Tak kənd investisiya layihəsinin fəaliyyəti ilə yaxından tanış olmaq, xüsusilə də layihənin on illiyi ilə əlaqədar Dünya Bankının Bakı ofisində dəyirmi masada iştirak etdilər hazırda icra olunan AzKİL 2 layihəsinin icrasının statusu və gələcək perspektivlər barədə müzakirələr apardılar.

Daha sonra tədbir iştirakçıları AzKİL-in əməkdaşlıq edən 15 icmanın nümayəndələri ilə görüş keçirildi.

 

Bəhruz

Tarix
5 Noyabr 2014 [17:43]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin