Ana səhifə
23 Sentyabr 2018

İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu müsabiqə elan etdi

Bu gün Bakıda Yüksək Texnologiyalar Parkında İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun elan etdiyi ikinci qrant müsabiqəsinə həsr olunmuş infosessiya keçirilib.

              

 

Ucnoqta.azxəbər verir ki, RYTN-nin saytının məlumatına görə, tədbirdə çıxış edən fondun icraçı direktoru Elçin Zeynalov bildirib ki, fond tərəfindən elan olunan 1-ci qrant müsabiqəsi başa çatıb və qalib layihələr icra edilir.

O deyib ki, 1-ci müsabiqə çərçivəsində fonda 194 layihə daxil olub. Layihələrdən 95-i fiziki şəxs, 99-u isə hüquqi şəxslər tərəfindən təqdim olunub. Fondun Müşahidə Şurası təqdim olunan layihələrdən 31-nin maliyyələşdirilməsi ilə bağlı qərar qəbul edib. Müsabiqəyə təqdim olunan layihələrin rəhbərlərinin 173-ü kişi, 21-i isə qadındır. Ən gənc layihə rəhbərinin yaşı 18, ən yaşlı layihə rəhbərinin yaşı isə 67-dir.

E. Zeynalov həmçinin qeyd edib ki, fond innovativ İKT xidmətlərinin və məhsullarının hazırlanması mövzusu üzrə 2-ci qrant müsabiqəsi elan edib. Həmçinin layihələrin qəbulu ilə bağlı prosedurun sadələşdirilməsi ilə bağlı qərar da qəbul edilib. Qrant müsabiqəsində layihələr yalnız fondun rəsmi internet səhifəsində (www.ictfund.gov.az) yerləşdirilmiş e-qrant bölməsi vasitəsilə onlayn təqdim edilə bilər. Müsabiqədə iştirak etmək üçün layihələrin qəbulu noyabrın 15-dək davam edəcək.

Tədbir çərçivəsində "Buta CMS", "Hipassenger", "Socset" layihələrinin təqdimatları keçirilib.

Sonda fond rəhbərliyi layihə müəlliflərinin, jurnalistlərin suallarını cavablandırıb.

 

Bəhruz

Tarix
5 Noyabr 2014 [20:42]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin