Ana səhifə
17 Noyabr 2018

Yol-hərəkət qaydalarını pozan xalq artisti özünə haqq qazandırdı

Səməd Səmədov: «Sənət adamları toylara, konsertlərə tələsdiyi üçün qaydaları pozurlar»

 

 

Son günlər tanınmış sənət adamları telekanallarda yayımlanan müxtəlif verilişlərdə yol hərəkəti qaydalarını pozduqlarını açıq-aşkar etiraf edib bundan fərəhlənirlər. Bəziləri tanınmış sənətçi olmasa da, iddiaları böyükdük. Hətta, iki gün öncə Sevinc adlı gənc müğənni «təhlükəsizlik kəmərini taxmıram, çünki saçlarımı düzəltməyə problem yaradır, yol polisi gərək bizi başa düşsün» demişdi. Ondan əvvəl isə müğənni Mətanət Əsədova Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polkovnik Kamran Əliyevin də iştirak etdiyi verilişdə sürət həddini aşdığını, hətta 240 km/saat sürətlə maşın sürdüyünü etiraf etmişdi. Maraqlıdır, şou-biznes nümayəndələrinin bu etirafları o mənaya gəlib çıxır ki, yol polisi onların qarşısında acizdir və ya DYP onlara «hörmət etməyə» borcludur. Bu dəfə isə qanunlara qarşı açıq-aşkar hörmətsizlik etdiyini etiraf edən sənətçi xalq artisti Səməd Səmədov olub. ATV kanalındakı verilişin qonağı olan Səməd Səmədov bildirib ki, sənət adamları toylara, konsertlərə tələsdiyi üçün qaydaları pozurlar: «Yol polislərinə təşəkkür edirəm. Çünki biz müğənnilər, aktyorlar, artistlər tədbirdən-tədbirə, verlişdən-verlişə tələsirik. Ona görə də, yol qaydalarını pozuruq. Sağolsunlar, görürlər və …».

 

Səməd Səmədovun çıxışının bu yerində aparıcı söhbətə müdaxilə edərək qaydaları pozduğu üçün xalq artistinə iradını bildirir: «Necə yəni qanunları pozuruq? Bəs, bayaqdan qayda-qanundan danışırsınız…».

 

Səməd Səmədov aparıcının bu iradını sadəcə gülüşlə qarşılayıb və verilişdə iştirak edən YAP-çı millət vəkili Aydın Mirzəzadəyə müraciət edib.

 

YAP-çı millət vəkili Aydın Mirzəzadə özünün də qonaq olduğu ATV telekanalında yayımlanan “Mətanətlə gündəlik” verilişində xalq artisti Səməd Səmədovun yol hərəkəti qaydalarını pozmasına dair onun ünvanına etdiyi müraciətə cavab verib. A.Mirzəzadə bildirib ki, o verilişdə yol hərəkəti qaydalarına riayət etməyin vacibliyindən danışıb: «Verilişdə iştirak edən müğənni Səməd Səmədov da bir neçə dəfə qaydalara riayət etməyin əhəmiyyətindən danışdı. Bir dəfə isə bildirdi ki, qaydaları pozur və yol polisi də buna görə ona hörmət edir. Mən isə ona müraciətlə bildirdim ki, qayda-qanunlar ona riayət edilməsi üçün qəbul edilir. Sizlər və bizlər qanuna riayət etməkdə nümunə olmalıyıq. Sonradan aparıcı Mətənat xanım da yol polislərinə müraciət edərək Səməd Səmədovu qayda pozmağa imkan verməməyə çağırıb”.

 

 

Rəqsanə

Tarix
5 Noyabr 2014 [23:38]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin