İtaliyada sərnişin qatarlarının toqquşması nəticəsində ölənlərin sayı artıb

17:42 - 12 İyul 2016 - DÜNYA

İtaliyada iki sərnişin qatarının toqquşması nəticəsində baş verən ağır qəzada ölən və yaralıların sayı artmaqdadır.
Modern.az-ın xarici KİV-nə istinadən verdiyi xəbərə görə, Puqlia bölgəsində Corato və Andria qəsəbələri arasında qatarların toqquşması nəticəsində 20 nəfərin öldüyü, 35 nəfərin yaralandığı bildirilir.
Ölü və yaralılar arasında xarici ölkə vətəndaşları yoxdur. 
İtaliya Mülki Müdafiə Xidmətinin yaydığı məlumata görə, ağıq qəza nəticəsində 3vaqon tamamilə dağılıb. Yaralılardan 4-ü ağır vəziyyətdədir.  
Hadisə yerində xilassedicilər tərəfindən axtarış-əməliyyat işləri davam etdirilir .
Xatırladaq ki, bir neçə saatdan bundan öncə ölənlərin sayı 4 nəfər idi.

Xəbər xətti