Ana səhifə
24 Sentyabr 2018

Bakıda 2-ci ARDNŞ NQNK Forumu keçirilir +FOTO

Noyabrın 5-də ARDNŞ-nin Neft-qaz emalı və neft-kimya kompleksi (NQNK) layihəsinə həsr olunmuş 2-ci SOCAR NQNK Forumu işinə başlamışdır.

 

 

Ucnoqta.az çirkətin saytına istinadən bildirir ki, tədbirin rəsmi açılışında ARDNŞ-nin prezidenti Rövnəq Abdullayev salamlama nitqi ilə çıxış etmişdir.Qonaqlara ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında uğurla həyata keçirilən enerji strategiyasının uğurları haqqında ətraflı məlumat verən R. Abdullayev bildirmişdir ki, bugünkü Forum NQNK layihəsinin çox məsuliyyətli bir mərhələyə - Layihələndirmə-Satınalma-Tikinti mərhələsinə daxil olması ərəfəsində keçirilir. Forumda bu mərhələdə görüləcək işlər haqqında iştirakçılara geniş məlumat veriləcək, maraqlı çıxışlar dinləniləcək, diskussiya və fikir mübadilələri aparılacaqdır. Forumun birinci sessiyasında ARDNŞ-nin strateji inkişaf üzrə vitse-prezidenti, NQNK-nın baş direktoru Tofiq Qəhrəmanov “NQNK-nın mövcud statusu və gələcək addımlar” mövzusunda ətraflı məruzə etmişdir. “PrcewaterhouseCoopers” şirkətinin davamlı inkişaf və iqlim dəyişikliyi məsələləri üzrə qlobal praktikanın rəhbəri Malkolm Prestonun “NQNK layihəsinin multiplikativ sosial-iqtisadi effekti”, “SOCAR Türkiyə Enerji A.Ş” şirkətinin prezidenti Kənan Yavuzun “ARDNŞ-nin Türkiyə bazarına “SOCAR Türkiyə” və “STAR” Neft Emalı Zavodu vasitəsi ilə daxil olması” mövzusunda çıxışları dinlənilmişdir. Sonra “Societe Generale” şirkətinin enerji layihələrinin maliyyələşdirilməsi üzrə idarəedici direktoru Laura Monro Singer, həmin şirkətin enerji layihələrinin maliyyələşdirilməsi üzrə direktoru Sedrik Şatel və “Clifford Chance” şirkətinin partnyoru və qlobal layihə maliyyə qrupunun həm rəhbəri Nikolas Vong “Societe Generale” və “Clifford Chance” şirkətlərinin birgə təqdimatı ilə, “Cənub Qaz Dəhlizi” QSC-nin baş direktoru Əfqan İsayev isə “Cənub Qaz Dəhlizi” haqqında təqdimatla çıxış etmişlər. Birinci sessiya məruzəçilərə ünvanlanmış sualların cavablandırılması ilə başa çatmışdır. 
5-6 noyabr tarixlərində “Fairmont Bakı” mehmanxanasının konfrans zalında keçirilən Forum yerli və xarici şirkətlər üçün neft-qaz emalı və neft-kimya sahələrində malik olduqları və NQNK layihəsinin həyata keçirilməsi çərçivəsində istifadə edə biləcəkləri təcrübə, texnologiya və digər resursları, habelə innovativ həll yollarını təqdim etmək üçün unikal imkanlar yaradır. Forumun işində podratçı və mühəndis şirkətləri, lisenziarlar, qlobal səviyyəli neft və qaz emalı, neft-kimya avadanlıqları istehsalçıları və təchizatçıları, logistika və tikinti şirkətləri, material, həll təchizatçıları, texnoloji məsləhətçilər, maliyyə qurumları, hüquq və maliyyə ekspertləri, ekoloji məsləhətçilər iştirak edirlər. 2-ci NQNK Forumu yerli və beynəlxalq səviyyəli şirkətlər üçün Azərbaycanla, onun son illərdə sosial-iqtisadi inkişaf yolunda qazandığı nailiyyətlərlə, ARDNŞ-nin iştirak etdiyi regional və qlobal layihələrlə tanış olmaq, Neft-qaz emalı və neft-kimya kompleksi layihəsinin inkişafı barədə geniş məlumat almaq, bazarın aparıcı iştirakçıları ilə təcrübə mübadiləsi aparmaq, layihə üzrə müxtəlif tenderlərdə bilavasitə iştirak edəcək şirkətlərlə əməkdaşlıq imkanlarını müzakirə etmək üçün olduqca böyük əhəmiyyət daşıyır. 

 

Bəhruz

Tarix
5 Noyabr 2014 [17:17]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin