Ana səhifə
20 Noyabr 2018

Vəzifəli şəxsin işi Ağır Cinayətlərə göndərildi

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində “Grand Motors” MMC-nin vəzifəli şəxsi tərəfindən yol verilmiş qanun pozuntuları ilə bağlı başlanmış cinayət işinin istintaqı yekunlaşıb. 

 

Ucnoqta.azxəbər verir ki, baş prokurorluqdan verilən məlumata görə, istintaq zamanı MMC-nin vəzifəli şəxsi Samir İbadullayevin qulluq mövqeyindən sui-istifadə etməklə özgəsinin əmlakını ələ keçirmək məqsədi ilə Bakı şəhər sakininin “Grand Motors” MMC-dən lizinq yolu ilə aldığı avtomaşınlara görə 176 min 450 manat məbləğində ödədiyi vəsaitin 120 min 150 manatını sonuncunun adına cəmiyyətin mühasibatlığında açılmış hesaba mədaxil etməyərək ələ keçirməsində şübhələr üçün əsaslar olduğundan ona Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq) maddəsi ilə ittiham elan edilib.


İstintaq dövründə dəymiş ziyanın tam məbləğdə ödətdirilməsi təmin olunub. 


Cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. (Axar.az)

 

Tarix
5 Noyabr 2014 [17:05]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin