Mərkəzi Bank 45 milyon manat cəlb edib

14:09 - 11 İyul 2016 - İQTİSADİYYAT

İyulun 11-də Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə 50 milyon manat həcmində keçirilmiş növbəti depozit hərracında tələb 45 milyon manat olub.Trend-in AMB-nin saytına istinadən verdiyi məlumata görə, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi 5,99% təşkil edib.
Məlumatda qeyd edilir ki, Mərkəzi Bank bundan sonra da pul siyasəti alətlərindən makroiqtisadi vəziyyətə uyğun olaraq istifadə edəcək.

Xəbər xətti