Ana səhifə
25 Sentyabr 2018

“Neftin ucuzlaşması ssenarilərinə hazırıq” – Samir Şərifov

 “Neft Fondunun xərclərinin artırılması nəzərə tutulmayıb. Ümumilikdə, 2015-ci ildə neft qiymətlərinin ucuzlaşması ilə bağlı hər hansı təhlükə gözlənilmir”.

 

 

Ucnoqta.az” xəbər verir ki, bunu bu gün Milli Məclisin 6 komitəsinin iştirakı ilə “2015-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin növbəti müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov deyib.

 

O bildirib ki, 2015-ci ilin dövlət büdcəsində neftin 1 barelinin qiyməti 90 dollardan hesablanacaq. Nazirin sözlərinə görə, neftin dünya bazarlarında ucuzlaşması dövlət büdcəsinə əsaslı təsir göstərməyəcək. Odur ki, neftin qiymətləri ilə bağlı dünya bazarlarındakı arzuolunmaz ssenarilərə hazırıq.

 

“İstənilən halda, Neft Fondunun xərclərinin artırılması nəzərə tutulmayıb. Ümumilikdə, 2015-ci ildə neft qiymətlərinin ucuzlaşması ilə bağlı hər hansı təhlükə gözlənilmir”, - deyə Samir Şərifov vurğulayıb.

 

Milli Məclisin Elm və Təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev çıxış edərək 2015-ci il dövlət büdcəsində təhsil xərclərinin 7% azaldılmasının təhsilin keyfiyyətinə mənfi təsir göstərməyəcəyini söyləyib.

 

 

AzNews.az

Tarix
5 Noyabr 2014 [16:45]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin