Ana səhifə
18 Avqust 2018

Bakıda yeni inşa olunan körpüdə - Qəza

Bakının Nəsimi rayonunda sürücünün xəsarət alması ilə nəticələnən qəza baş verib.

"Ucnoqta.az" APA-ya istinadən xəbər verir ki, hadisə yeni inşa olunan körpünün yaxınlığında qeydə alınıb. Qəzada “Mitsubishi Pajero” və “Hyundai ix35” markalı avtomobillər toqquşub.

Nəticədə “Hyundai”in sürücüsü Rəşid Məhərrəmov xəsarət alıb. Yaralıya hadisə yerinə gələn təcili yardımda ilkin tibi yardım göstərildikdən sonra xəstəxanaya çatdırılıb.

Hadisə yerinə gələn Dövlət Yol Polisinin Nəsimi Rayon Şöbəsindən verilən məlumata görə, qəzanın səbəbkarı yaxınlıqdakı müşahidə kameralarına baxıldıqdan soran müəyyən olunacaq. Qəzada yararsız hala düşən avtomobillər evakuator vasitəsi ilə hadisə yerindən uzaqlaşdırılıb. Faktla bağlı Dövlət Yol Polisinin Nəsimi Rayon Şöbəsində araşdırma aparılır.

Tarix
7 Oktyabr 2014 [12:06]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin