Ana səhifə
15 Noyabr 2018

İlhamə Quliyeva Nazəninlə Təranəni topa tutdu -"Tərbiyəsizlər.."

Son günləər gündəmdən düşməyən Təranə Qumral-Nazənin qalmaqalı hələ də sakitləşməyib. Məsələ o qədər böyüyüb ki, hətta millət vəkili, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Nizami Cəfərov da müğənnilərin efirdəki bu cür qeyri-etik ifadələrinə münasibətsiz qala bilməyib, onları sərt tənqid edib.

 

 

Ucnoqta.azın əməkdaşı məsələ ilə bağlı Dağıstan və Azərbaycanın xalq artisti, “Şərəf” və “Şöhrət” ordenli İlhamə Quliyevanın münasibətini öyrənib. Xalq artisti həmin müğənnilərə çox kəskin etirazını bildirib.

“Mən, Nizami Cəfərovun dedikləri ilə razıyam. Bu çox biabırçı bir şeydi. Ayıbdı, bizim mentalitetimiz, nüfuzumuz yerə düşür, xanımlarımızın adı-sanı tapdalanır...

Camaatın ürəyini bulandırırlar: Kim kimin əriynən yatdı, kim kimin ərini əlindən aldı, uşaq kimnəndi...? Ayıbdı bunları danışmaq. Mən şokdayam.

Bir-iki nəfər özünə hörmət eləmiyən reytinq yığmaq üçün bunları edir”.

 

İlhamə Quliyeva bu məsələdə telekanalların da müəyyən qədər günahkar olduğunu dedi. “Telekanallar da görür ki, qonaq əndazədən çıxır, onun səsini kəssinlər, embarqo qoyub efirə buraxmasınlar. Ürəkbulandıran adamları efirə niyə buraxırlar? Bu işdə bir kanal xüsusilə günahkardı. Onlar yalnız belə şeylərnən məşğul olur”.

 

Xalq artisti bir məsələyə də xüsusi toxunub. “Bir şeyi də xüsusilə bildirmək istəyirəm ki, bəzi qadınlar da var ki, konvertə 5-3 manat qoyub, çıxır efirdən guya kiməsə yardım eliyir. Özlərini piar eliyirlər - guya bunlar xeyriyyəçidilər.

Amma başa düşmürlər ki, Azərbaycanda bir dənə xeyriyyəçi cəmiyyət var, bir dənə xeyriyyəçi qadın var. O, “Heydər Əliyev Fondu” və fondun prezidenti xanım Mehriban Əliyevadır. Birinə brilyant taxırlar, birinin qulağını əməliyyat elətdirirlər, birinin burnunu əməliyyat elətdirirlər...Gedin özünüzə bir peşə tapın! Belə şeylərə də, gərək kanallar icazə verməsin. Bu nədi? Dəqiqədə bir zərf, içində də 3 manat, 5 manat pul, özlərini reklam eliyirlər”.

 

 

Xəyalə

 

Tarix
5 Noyabr 2014 [15:50]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin