Xilasedicilər 4 nəfəri dənizdə batmaqdan xilas etdi

16:05 - 5 İyul 2016 - HADİSƏ

Daha 4 nəfər dənizdə boğulmaq təhlükəsindən xilas olub. FHN-nin mətbuat xidmətindən verilən məlumata görə, Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinə Xəzər rayonunda 4 nəfərin dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub.
Hadisə yerinə cəlb olunan xidmətin xilasediciləri vətəndaşları sudan çıxararaq aidiyyati üzrə təhvil veriblər. 

Xəbər xətti