Ana səhifə
24 Sentyabr 2018

Bayraq günü münasibətilə tədbir keçiriləcək

Noyabrın 6-da Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında 9 noyabr - Dövlət Bayrağı Günü münasibətilə “Ucalsın bayrağımız” adlı xeyriyyə tədbiri keçiriləcək.

 

 

Teatrın Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə birgə reallaşdıracağı aksiyada Bakıda fəaliyyət göstərən valideyn himayəsindən məhrum olmuş internat məktəbləri, uşaq evləri və sağlamlığı məhdud uşaqlar üçün xüsusi tipli internat məktəblərindən 130-dan artıq uşaq iştirak edəcək. Teatrın nəzdində fəaliyyət göstərən “Oyuq” teatr-studiyasının balaca istedadlarının ifasında azyaşlı tamaşaçılar ilk olaraq “Şahın xudpəsənd oğlu” tamaşasına baxacaqlar.  Tamaşanın müəllifi Səidə Haqverdiyeva, rejissoru isə Cəmilə Allahverdiyevadır. Sonra “Ucalsın bayrağımız” adlı konsertə tamaşa edəcəklər. 

Tarix
5 Noyabr 2014 [15:39]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin