İstanbulda azərbaycanlı 1 milyon dollarlıq zümrüdlə yaxalandı

15:24 - 4 İyul 2016 - Xəbər

Xaricdən Türkiyəyə qaçaqmalçılıq yolu ilə zinət əşyası gətirməyə cəhd edən Azərbaycan vətəndaşı saxlanılıb.  APA-nın “Milliyet”ə istinadən verdiyi xəbərə görə, İstanbul polisinə Sabiha Gökçen Hava Limanından ölkəyə qaçaqmalçılıq yolu ilə qızıl-zinət əşyası gətiriləcəyi barədə əməliyyat məlumatı daxil olub. Məlumatla əlaqədar Azərbaycan vətəndaşı Y. D. nəzarətə götürülüb. Onun aeroportun yük yerindən götürdüyü qutuya baxış keçirilərkən 5,5 kq xam vəziyyətdə olan zümrüd aşkarlanıb. Məlum olub ki, xam məhsul İstanbuldakı Qapalıçarşı Ticarət Mərkəzində hazırlandıqdan sonra satılmaq üçün ölkəyə göndərilib.

 Qiymətli qaşın 1 milyon dollar dəyərində olduğu bildirilir.
 Y. D. dindirildikdən sonra deportasiya edilməsi üçün İstanbul Polisinin Miqrasiya Xidmətinə göndərilib.


Xəbər xətti