Dövlət Bayrağı Meydanının sabiq rəisi bəraət istəyir

15:15 - 4 İyul 2016 - Xəbər

Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin sabiq rəisi Rəşad Məmmədovun barəsində olan hökmdən apelyasiya şikayəti verilib.Trend-in məlumatına görə, şikayətdə R.Məmmədova bəraət verilməsi istənilib.
Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə R.Məmmədov və İsfəndiyar İsfəndiyarov 1 il 1 ay 8 gün müddətinə azadlıqdan məhrum ediliblər. Onlar məhkəmə zalından azadlığa buraxılıblar, Arzu Məmmədovun barəsində ev dustaqlığı qətimkan tədbiri isə ləğv edilib.

Xatırladaq ki, Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin sabiq sədri R.Məmmədov, onun təqsirli bilindiyi cinayət işi ilə əlaqədar İ.İsfəndiyarov və A.Məmmədov həbs edilmişdilər. Dələduzluqda təqsirləndirilən həmin şəxslərin barələrində həbs-qətimkan tədbiri seçilmişdi. Bir müddət əvvəl həmin cinayət işi üzrə zərərçəkmiş şəxs kimi tanınan Zabil Salmanov ərizə ilə istintaq orqanına müraciət edib və təqsirləndirilən şəxslərə qarşı hər hansı şikayətinin olmadığını bildirib.

R.Məmmədov, İ.İsfəndiyarov və A.Məmmədov Z.Salmanovun şikayəti əsasında həbs olunmuşdular.

Xəbər xətti