Ana səhifə
17 Noyabr 2018

Qarabağda müharibə siqnalı

Rasim Ağayev: “Münaqişə ilə bağlı yanaşmalarda Ermənistanın xeyrinə olan məqamlar çoxdur”

 

 

Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Herbert Salber Avropa Parlamentinin xarici işlər komitəsinin toplantısında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı apardığı fikir mübadiləsi zamanı Azərbaycan, Ermənistan və ATƏT-in Minsk qrupu arasında konstruktiv dialoqun saxlanılmasını prioritet olduğunu deyib. Salber Avropa İttifaqının məsələ ilə bağlı mövqeyinin dəyişmədiyini bildirib. ATƏT-in münaqişəyə həll tapma cəhdlərini dəstəklədiklərini, tərəflər arasında keçirilən zirvə görüşlərini təqdirlə qarşıladıqlarını deyən Salber Azərbaycan, Ermənistan və Dağlıq Qarabağ icmalarının bir araya gəlməsi və qarşılıqlı inamın yaradılmasını vacib sayıb. O, eyni zamanada bildirib ki, Dağlıq Qarabağ dondurulmuş deyil, fəal münaqişədir və istənilən zaman genişmiqyaslı hərbi əməliyyatlar başlaya bilər. Salber Fransa prezidenti Fransua Ollandın dəvəti ilə Parisdə keçirilən görüş barədə də danışıb. Onun szölərinə görə, Azərbaycan və Ermənistan prezidentlərinin Paris görüşündən sonra ATƏT-in ABŞ-dan olan həmsədri Ceyms Uorliklə müzakirəsi zamanı onun irəliləyişlərin olmasını və gələcəyə nikbin baxdığını bildirdiyini deyib. O, eyni zamanda deyib ki, Rusiya rəhbərliyinin razılığı olmadan və Moskvanın öz “xeyir-duası” olmadan, münaqişənin həlli çətin mümkün olacaq.

 

Xüsusi nümayəndə Azərbaycan və Ermənistan hökumətlərinə müraciət edərək Dağlıq Qarabağ və digər rayonlara səyahət etmək icazəsi almaq istədiyini də deyib. O, hələlik icazə verilməsə də bu məsələdən əl çəkməyəcəyini deyib.

 

Politoloq Rasim Ağayev bununla bağlı deyib ki, Avropa İttifaqının  xüsusi nümayəndəsinin Qarabağ münaqişəsi ətrafında apardığı müzakirələr zamanı bu bölgəni “neytral zona” kimi təqdim etmək cəhdi və Azərbaycanla yanaşı Ermənistanla da hesablaşmaq istəyinin müşahidə olunması beynəlxalq qurumların problemə ikili yanaşmalarının növbəti təzahürüdür. Avropa İttifaqının Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı bəyan etdiyi bu dəyişməz mövqe 20 ildən çox olar ki, həllini gözləyən məsələlərlə bağlı yeni baxışların ortaya çıxmadığını göstərir. Onun sözlərinə görə, müşahidə olunanalar onu deyir ki, beynəlxalq qurumların nümayəndələri guya münaqişənin həllində maraqlı olduqlarını göstərsələr də, işğalçını az qala bu torpağın sahibi kimi göstərməyə cəhdlər edirlər. Politoloq hesab edir ki, Dağlıq Qarabağ ərazisi və orada yaşayan icmaların az qala Azərbaycan “sərhədlərindən” kənarda, həmin bölgənin müstəqil, yaxud da hər iki tərəfin ixtiyarı çatan bir ərazi kimi təqdim edilməsi də təsadüfi qarşılana bilməz.  “Bütün hallarda  münaqişə ilə bağlı yanaşmalarda Ermənistanın xeyrinə olan məqamlar çoxdur. Çünki işğalçı qınanmır, ona qarşı hər hansı tədbirlər barədə ehtimallar belə dilə gətirilmir. Bu gün danışıqların uzadılmasında  maraqlı olan beynəlxalq qurumlara ATƏT-in məsələyə hansı münasibətdə olması bəllidir. Ona görə də Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini Dğlıq Qarabağ da daxil olmaqla tanıyan  bu qurumların bu gün işğal altında qalan ərzilərimizə getmək istəyərkən Azərbaycanla yanaşı Ermənistandan da icazə almaq cəhdləri  başqa cür yozula bilməz”.

 

Politoloq dedi ki, son vaxtlar danışıqlara daha çox önəm verən beynəlxalq qurumların nümayəndələrinin ATƏT-in Minsk qrupunun apardığı işləri dəstəklədikləri barədə verdiyi açıqlamalar onların hazırki vəziyyətdə hansı addımları atacaqlarını bilmədiklərindən irəli gəlir. “Münaqişənin həll olunub - olunmaması bu qurumların maraq dairəsində deyil. Avropa Azərbaycandan istədiyini alır və istədiyini də ona diqtə etməyə çalışır. Ermənistanla isə hər hansı təzyiq dilində danışmağı nəzərdə tutmur. Əksinə, az qala münaqişəyə görə Rusiyanı ittiham edərək, problemin  həllinin Rusiyanın əlində olduğunu söyləməklə işğalçını toxunulmaz vəziyyətdə saxlamağa çalışır. Belə bir vəziyyət isə Ermənistanı şirnikləndirir. Ona görə də yaxın günlərdə beynəlxalq təşkilatların münaqişə ilə bağlı mövqeyində dəyişiklik edəcəyinə inanmaq sadəlöhvlük olar”.

 

 

T.Qafarlı  

Tarix
5 Noyabr 2014 [15:16]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin