Azay Quliyevin ATƏT PA-nın vitse-prezidenti vəzifəsinə namizədliyi təsdiq olundu

15:02 - 4 İyul 2016 - SİYASƏT

Azərbaycanın ATƏT Parlament Assambleyasındakı (PA) nümayəndə heyətinin üzvü Azay Quliyevin qurumun vitse-prezidenti vəzifəsinə namizədliyi təsdiq olunub.Bu barədə Trend-ə A.Quliyev özü məlumat verib.O, seçkilərdə qalib gələcəyinə ümid etdiyini bildirib.Seçkilər sabah keçiriləcək.

Qeyd edək ki, A.Quliyev bu vəzifəyə MDB və islam ölkələrindən yeganə namizəddir. Prezidentliyə 3, vitse-prezidentliyə isə 4 nəfərin namizədliyi irəli sürülüb.

Xəbər xətti