Nizami rayonunun bəzi ərazilərində su olmayacaq

11:58 - 4 İyul 2016 - Xəbər

Bu gün Nizami rayonunda istehlakçıların içməli su təchizatının yaxşılaşdırılması məqsədi ilə yeni çəkilmiş magistral su xətlərinin mövcud sistemlərə birləşdirilməsi işləri aparılacaq. “Azərsu ” ASC-dən verilən məlumata görə, bununla əlaqədar olaraq Nizami rayonunun bəzi ünvanlarında içməli su verilməsində məhdudiyyətlər olacaq.
Yaranacaq narahatlıqla əlaqədar “Azərsu ” ASC abonentlərdən üzr istəyir.

Xəbər xətti