Argentina parlamentində Azərbaycanla Dostluq Qrupu yaradılıb

11:17 - 4 İyul 2016 - SİYASƏT

 Argentina Parlamentinin Deputatlar Palatası Azərbaycanla Dostluq Qrupunun yaradılması haqqında qətnamə qəbul edib. Azərbaycanın Argentinadakı səfirliyindən verilən məlumata görə, qətnamə əsasında yaradılan qrupa Deputatlar Palatasının ikinci vitse-prezidenti Patrisiya Ximenez sədrlik edəcək. Ümumilikdə yeddi deputatdan ibarət qrupun beş üzvü Argentinada hazırda iqtidarda olan “Dəyişək” siyasi blokunun nüfuzlu üzvləridir. Onlar Argentinanın böyük əyalətlərini təmsil edirlər. Qətnamədə Dostluq Qrupunun Deputatlar Palatasının Xarici Əlaqələr Komissiyası, habelə Argentina Xarici İşlər və Etiqad Nazirliyi ilə birgə əməkdaşlıq edəcəyi qeyd olunub.
Qrupun yaradılması haqqında qətnamədə Dostluq Qrupunun üzvlərinin Azərbaycanla yaxından əməkdaşlıq edəcəyi, bu istiqamətdə Deputatlar Palatasının Beynəlxalq Əlaqələr Komissiyası və Argentina Xarici İşlər və Etiqad Nazirliyi ilə birgə fəaliyyət göstəriləcəyi də bildirilir. Qrupa yaxın vaxtlarda digər deputatların da qoşulacağı gözlənilir.

Xəbər xətti