"Avro-2016"nın 1/4 final mərhələsinin ikinci qarşılaşması: Uels-Belçika

17:14 - 1 İyul 2016 - İDMAN

"Avro-2016"nın 1/4 final mərhələsinin oyunları davam edir. İkinci oyun günündə daha bir qarşılaşma keçiriləcək.
Artıq tunirdə yeganə Britaniya təmsilçisi olan Uels millisi Belçika ilə üz-üzə gələcək. Lilldə keçiriləcək oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Qeyd edək ki, ilk 1/4 final görüşündə Polşaya penaltilər seriyasında qalib gələn (5:3) Portuqaliya yığması yarımfinala yüksəlib.

1 iyul

23:00. Uels - Belçika
Baş hakim: Damir Skomina
Yan xətt hakimləri: Yure Praprotnik, Robert Vukan
Əlavə köməkçi hakimlər: Matey Yuq, Slavko Vinçiç (hamısı Sloveniya)
Dördüncü hakim: Nikola Ritsoli (İtaliya)
Lill. “Pyerr Morua” stadionu

2 iyul

23:00. Almaniya - İtaliya

3 iyul

23:00. Fransa - İslandiya

Xəbər xətti