ATƏT PA-nın prezidenti ölkələrin ərazi bütövlüyünə hörmət olunmasına dair çağırış edib

16:20 - 1 İyul 2016 - SİYASƏT

 "ATƏT məkanında ölkələrin ərazi bütövlüyünə hörmət etmək zəruridir"."Report" xəbər verir ki, bu sözləri bu gün Tbilisidə ATƏT Parlament Assambleyasının (PA) 25-ci illik sessiyasının açılış mərasimində çıxış edərkən ATƏT PA-nın prezidenti İlkka Kanerva deyib.O bildirib ki, təşkilata daxil olan ölkələr bir sıra problemlə, o cümlədən ATƏT məkanında həll olunmamış münaqişələrlə üz-üzə qalmaqda davam edir.

İ.Kanerva ATƏT PA deputatlarını nizamlanmamış münaqişələrin həlli üçün səyləri aktivləşdirməyə çağırıb.
Xatırladaq ki, sessiyanın iclasında 50 ölkədən 300-ə yaxın parlamentari iştirak edir.

Xəbər xətti