Rusiyada pilotsuz avtobus yaradıldı -DÜNYADA İLK

15:53 - 1 İyul 2016 - MARAQLI

 Dünyada ilk pilotsuz avtobus Rusiyada istehsal edilib. İKT.lent.az-ın “izvestia.ru” saytına istinadən məlumatına görə, “Volgabus” adlanan avtobus Volqaqrad zavodunda tərtib olunub.Hazırda iki belə pilotsuz avtobus mövcuddur. Onlardan biri “Skolkovo”da test sınaqlarını keçməkdədir.
Özü idarəolunan avtobusun tərtibatçıları bildirib ki, yaxın bir neçə həftə ərzində daha üç belə növ “Volgabus” istehsal ediləcək. Avtomobil istehsalı müəssisəsinin mühəndis və proqramçıları layihə üzərində iki il müddətində işləyiblər. Maşının bütün komplekt və avadanlıqları tam olaraq yerli istehsaldan ibarət olacaq. 
Məlum olub ki, pilotsuz avtobuslar 2018-ci ildən başlayaraq Moskvada fəaliyyətə başlayacaq. Bu barədə Moskvada keçirilən Urbanistik Forumda çıxışı zamanı baş nazirin müavini Arkadi Dvorkoviç bildirib. Onun sözlərinə görə, bu avtobuslar 2018-ci ildə Moskvada keçiriləcək futbol üzrə dünya çempionatı çərçivəsində sərnişinləri daşıyacaq.  

Xəbər xətti