"Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) büdcəsinin iştirakçı dövlətlərin illik üzvlüyü hesabına artırılmasına ehtiyac var"."Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu təşkilatın baş katibi QDİƏT Xarici İşlər Nazirləri Şurasının iclasında bildirib.
"Layihələrimizin daha səmərəli olması üçün maliyyə dəstəyinə ehtiyac var. Xatırlatmaq istəyirik ki, inkişaf fondunun layihələri praktik olaraq uzun illərdir qurtarıb. Fondu yeni üzv dövlətlərin hesabına yeni vəsaitlə təmin etmək lazımdır. İştirakçı dövlətlərin illik məcburi üzvlük haqları da artırılmalıdır", - deyə o vurğulayıb.
Qeyd edək ki, iyulun 1-də Rusiyanın Soçi şəhərində QDİƏT XİNŞ-in iclası keçirilir.
Xatırladaq ki, tədbirdə Azərbaycanı xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev təmsil edir.
Qeyd edək ki, QDİƏT 1999-cu ildə yaradılıb və təşkilata 12 dövlət - Azərbaycan, Albaniya, Ermənistan, Bolqarıstan, Yunanıstan, Gürcüstan, Moldova, Rusiya, Rumıniya, Serbiya, Türkiyə və Ukrayna daxildir.