Leyla Əliyevanın “Dünya yuxutək əriyir” şeirlər kitabı işıq üzü görüb

13:03 - 1 İyul 2016 - Xəbər

 Nazirlər Kabineti yanında Tərcümə Mərkəzində gənc Azərbaycan şairi Leyla Əliyevanın “Dünya yuxutək əriyir” kitabı işıq üzü görüb.Mərkəzdən "Report"a verilən məlumata görə, kitaba toplanan şeirlərin sətri tərcüməsinin müəllifi Zahid Məmmədov, bədii tərcüməsinin müəllifi Afaq Məsuddur. Nəşrin redaktoru Yaşar Əliyev, bədii tərtibatçısı Aqil Əmrahovdur.

“Dünya yuxutək əriyir…” kitabı Leyla Əliyevanın Azərbaycan dilində nəşr olunan ilk şeirlər toplusudur. Kitab Afaq Məsudun şairin yaradıcılığı barədə fikirlərini bölüşdüyü “Buludlardan yuxarı” essesi ilə başlayır.


Xəbər xətti