İmişlinin Qaraqaşlı kəndinə ilk dəfə qaz verilib

12:31 - 1 İyul 2016 - Xəbər

İyulun 1-də İmişli rayonunun Qaraqaşlı kəndinə ilk dəfə təbii qaz verilib. SOCAR-dan verilən məlumata görə, bu münasibətlə keçirilmiş tədbirdə rayon icra hakimiyyəti və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Ümumilikdə, 305 abonenti olan kəndin birpilləli sistem əsasında qazlaşdırılması zamanı 30 408 metrlik müxtəlif diametrli polietilen və metal borularla qaz xətləri çəkilib, hər bir abonent üçün ayrıca sayğac və fərdi tənzimləyici quraşdırılıb. 

Xəbər xətti