Ana səhifə
19 Sentyabr 2018

Azərbaycanda məktəblini vurub öldürdülər

Xaçmaz rayonu Xudat şəhərində ağır yol qəzası baş verib. 

Ucnoqta.azxəbər verir ki, orta məktəbb şagirdi avtomobil tərəfindən vurulub.

Xaçmaz rayon polis şöbəsinin müstəntiqi Namiq Mirzəzadənin ANS PRESS-in bölgə müxbirinə verdiyi məlumata görə, hadisə Mirzə fətəli Axundov adına küçədə baş verib.

Belə ki, 1984-cü il təvəllüdlü Saleh Telman oğlu Məmmədovun idarə etdiyi "VAZ-2107" markalı avtomobil yolu keçən 2003-cü il təvəllüdlü Məhəmməd Emrus oğlu Nəbiyev vurulub. Piyada hadisə yerində ölüb.

Qeyd edək ki, Məhəmməd Nəbiyev orta məktəbin 6-cı sinif şagirdidir.

Aparılacaq tibbi ekspertiza nəticəsində hadisənin piyada, yaxud sürücünün günahı ucbatından baş verdiyi mlum olacaq.

Faktla bağlı araşdırma aparılır.(ANS PRESS)

Tarix
5 Noyabr 2014 [14:55]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin