"Türkiyəni istəməyən dairələr öz məqsədlərinə çata bilməyəcəklər”

17:11 - 30 İyun 2016 - SİYASƏT

Hikmət Babaoğlu: “Azərbaycan daima qardaş türk xalqının yanındadır”


“Türkiyədə baş verən terror aktını lənətləyirik. Çünki uzun müddətdir Türkiyədə mövcud olan milli siyasi iradəyə qarşı terror həyata keçirilir”. Bunu SİA-ya “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlu deyib.Deputatın sözlərinə görə, türk ordusu, Türkiyənin hüquq-mühafizə orqanları buna qarşı çox uğurlu mübarizə aparırlar: “Hətta deyərdim ki, Türkiyəyə qarşı hazırda beynəlxalq terror koalisiyası formalaşıb. Bu koalisiyanın arxasında duran çox böyük güclər, dövlətlər var. Bir növ bu terrorun arxasında onların himayəsi var. Ona görə də düşünürəm ki, Türkiyəni sevməyən, onun böyüməsini, qlobal və regional güc mərkəzinə çevrilməsini istəməyən dairələr öz məqsədlərinə çata bilməyəcəklər”.
Terron hadisəsinin arxasında kimlərin dayanmasına gəlincə isə Hikmət Babaoğlu əlavə edib ki, terror hazırda beynəlxalq münasibətlərdə bir təzyiq, müharibə vasitəsi kimi istifadə olunur: “Hər nə qədər terror bu gün Qərbin imperalist mərkəzləri tərəfindən islamla bağlanılmağa çalışsa da biz bilirik ki, əslində terrorun arxasında duran elə dünyada mövcud olan hegemon güclər və dünya siyasətini müəyyənləşdirən Qərbdəki imperalist mərkəzlərdir. Düşünürəm ki, bu terrorun arxasında da məhz həmin mərkəzlər dayanıblar. Ancaq əminəm ki, onlar öz məqsədlərinə çata bilməyəcəklər. Beynəlxalq terror koalisiyası türk ordusunun terrora qarşı mübarizəsindən heyrətləniblər. Azərbaycan terrordan əziyyət çəkmiş bir ölkə kimi bunu çox yaxşı başa düşür. Ölkəmiz daim qardaş türk xalqının yanındadır. Azərbaycan Prezidenti İlham Əliyev də terror hadisəsi ilə bağlı türkiyəli həmkarına başsağlığı verdi, terroru lənətlədi və bütün qüvvələrin səfərbər edilərək terrorun qarşısının alınmasının vacibliyini vurğuladı”. 

Xəbər xətti