Mikayıl Cabbarov: "Universitetlərin gəlirlərinin 80%-i əmək haqqı fonduna yönəlir"

15:49 - 30 İyun 2016 - Cəmiyyət

 "Ali təhsil sistemində mədaxil olan gəlirlərin 80%-i əmək haqqı fonduna yönəlir".  Bunu təhsil naziri Mikayıl Cabbarov jurnalistlərə bildirib. Onun sözlərinə görə, ali məktəblərə bütövlükdə təhsil haqqı kimi daxil olan təqribən 100 manat vəsaitin 80 manatı müəllimlərin və professorların maaşlarına istiqamətlənir: "Bu rəqəm ali məktəblər arasında dəyişir. Ümumilikdə, universitetlərdə pedaqoji kadrların əmək haqlarına aid olan xərc 80% təşkil edir. Qalan vəsait isə ali təhsil ocaqlarının əsaslı təmirinə, maddi-texniki bazasının maliyyələşdirilməsinə və s. yönəldilir."report

Xəbər xətti