Putin: “Türkiyə Rusiyadan üzr istəyib”

15:40 - 30 İyun 2016 - DÜNYA

Rusiya prezidenti Vladimir Putin Türkiyənin ölkəsindən rəsmən üzr istədiyini bildirib.Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, ölkənin xarici ölkələrdəki səfirləri və daimi nümayəndələri ilə görüşən Putin yaxın günlərdə ikitərəfli münasibətlərin bərpa olunacağını deyib.
“Dünən hamınız bildiyiniz kimi bu ölkənin prezidenti ilə telefon danışığım baş tutdu. Vurulan Rusiya bombardmançısını görə Türkiyə tərəfinin üzr istədiyi də məlumdur. Bunu nəzərə alaraq ikitərəfli əməkdaşlığı bərpa etmək üçün addımlar atılacaq”.
Rusiya təyyarəsi 2015-ci ilni noyabrında Rusiya-Suriya sərhədində vurulmuşdu.
Hadisədən sonra Moskva Ankaraya qarşı turizm və kənd təsərrüfatı sahəsində bir sıra sanksiyalar tətbiq etmişdi. Yaxın günlərdə həmin sanksiyaların aradan qaldırılacağı gözlənilir.

Xəbər xətti