Türkiyə və Rusiyanın xarici işlər nazirləri görüşəcək

15:31 - 30 İyun 2016 - DÜNYA

Türkiyə Xarici işlər naziri Mövlud Çavuşoğlu sabah Rusiyanın Xarici işlər naziri Sergey Lavrov ilə görüşəcək.Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Türkiyə Xarici işlər naziri Mövlud Çavuşoğlu iyulun 1-də Rusiyanın Soçi şəhərində keçiriləcək Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) 34-cü Nazirlər Şurasının iclasında iştirak edəcək.Təşkilatın gündəliyində regional iqtisadi əməkdaşlıq məsələlərinin müzakirəsi dayanır.
İclas qutardıqdan sonra Mövlud Çavuşoğlu rusiyalı həmkarı Sergey Lavrov arasında ikili görüş baş tutacaq.

Xəbər xətti