Avro-2016: Bu gün 1/4 final mərhələsinin ilk oyunu keçiriləcək

15:19 - 30 İyun 2016 - İDMAN

Bu gün “Avro-2016”nın 1/4 final mərhələsinin ilk oyunu keçiriləcək. Yarımfinal uğrunda Polşa və Portuqaliya milliləri üz-üzə gələcək.
Polşa millisi 1/8 finalda İsveçrəyə penaltilərlə qalib gəlib. Kriştiano Ronaldonun kapitan olduğu Portuqaliya yığması isə güclü Xorvatiyanı mübarizədən kənarlaşdırıb.
Qeyd edək ki, cütün qalibi yarımfinalda Uels – Belçika oyununun qalibi ilə qarşılaşacaq.

30 iyun 

Avropa çempionatı, 1/4 final

23:00. Polşa - Portuqaliya
Baş hakim: Feriks Brıx
Yan xətt hakimləri: Mark Borş, Ştefan Lupp
Əlavə köməkçi hakimlər: Bastian Dankert, Marko Frits (hamısı Almaniya)
Dördüncü hakim: Milorad Majiç
Marsel. "Velodrom" stadionu

1 iyul 

23:00. Uels - Belçika 

2 iyul 

23:00. Almaniya - İtaliya 

3 iyul

23:00. Fransa - İslandiya

Xəbər xətti